Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Barselona”nın baş məşqçisi qovuldu – Rəsmi

“Barselona”nın baş məşqçisi qovuldu – Rəsmi

“Barselona”nın baş məşqçisi postundan kənarlaşdırılıb.

Klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib ki, Kike Setyen işindən azad olunub.

61 yaşlı mütəxəssisi İngiltərə “Tottenhem”inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya “Barselona”nın keçmiş kapitanı, artıq Qətərin “Əl-Sədd” komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər.

Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən “Barselona” Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya böyük hesabla uduzub – 2:8.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …