Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Barselona” və “Bavariya” da 1/4 finala yüksəldi

“Barselona” və “Bavariya” da 1/4 finala yüksəldi

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.


Apasport xəbər verir ki, martdan təxirə salınan 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində son iki matç baş tutub.


Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar. İngiltərədəki ilk oyunda da qalib gələn “Bavariya” “Çelsi”ni yenərək 1/4 finala yüksəlib.


“Barselona” isə “Napoli”ni mübarizədən kənarlaşdırıb. İspaniya təmsilçisi İtaliyada heç-heçə etdiyi rəqibi doğma divarlar arasında məğlub edib.


Qeyd edək ki, 1/8 finalın təxirə salınan digər iki matçı avqustun 7-də keçirilib.


Çempionlar Liqası


1/8 final, cavab oyunları


8 avqust


23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 4:1

Qollar: Levandovski, 10 (pen.), 84, Perişiç, 24, Tolisso, 76 – Abraham, 41


Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)


Münhen. “Alyans Arena”


İlk oyun – 3:0


23:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1

Qollar:  Lenqle, 10, Messi, 23, Suares, 45+1 (pen.) – İnsinye, 45+3 (pen.)


Baş hakim: Cüneyt Çakır (Türkiyə)


Barselona. “Nou Kamp” stadionu


İlk oyun – 1:1

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …