Cümə , Dekabr 4 2020
Ana səhifə / İdman / “Barselona” loyallığına görə Messiyə 33 milyon avro ödəyəcək

“Barselona” loyallığına görə Messiyə 33 milyon avro ödəyəcək

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi gələn il klubdan loyallığına görə ciddi sədaqət mükafatı alacaq.
Qaynarinfo ESPN-ə istinadən xəbər verir ki, bir media mənbəyi bu məbləğin 33 milyon avro olacağını bildirib.
Messi bu il fevral ayında da klubdan daha 33 milyonu 2017-ci ildə bağlanmış dörd illik müqavilə şərtlərinə əsasən qazanıb.
Nəşr hazırkı müqaviləni imzaladığı vaxt forvardın 100 milyon avro aldığını xatırladır.
Əlavə edək ki, Messi “Barselona”nın öz məzunudur, 2004-cü ildə əsas komandada debüt edib. 33 yaşlı argentinalı peşəkar karyerasında 700-dən çox qola sahibdir. Messi altı dəfə “Qızıl top” qazanıb.

Həmçinin oxuyun

“Neftçi”də daha bir yoluxma: Bu gün növbəti test olacaq

“Neftçi” klubunun qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub. “Report” klub TV-sinə istinadən xəbər verir …