Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Barselona” 8 futbolçu ilə vidalaşmaq istəyir – SİYAHI

“Barselona” 8 futbolçu ilə vidalaşmaq istəyir – SİYAHI

İspaniyanın “Barselona” klubunun yayda vidalaşmaq istədiyi futbolçuların adları bəlli olub.

“Report” “El Chiringuito TV”yə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 8 oyunçu ilə yollarını ayırmaq niyyətindədir.

Bunlar qapıçı Neto, müdafiəçilər Juan Firpo, Samuel Yumtiti, yarımmüdafiəçilər Miralem Pyaniç, Rikard Puç, Karles Alenya, Filippe Koutinyo və hücumçu Antuan Qrizmandır.

Qeyd edək ki, “Barselona” La Liqada 62 xalla ikinci pillədə qərarlaşıb. Kataloniya təmsilçisi lider “Atletiko” (Madrid) komandasından 4 xal geridədir.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …