Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Barselona” 14 futbolçusu ilə yolları ayırır

“Barselona” 14 futbolçusu ilə yolları ayırır

“Barselona” yayda heyətində köklü dəyişikliklər etməyi planlaşdırır.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 14-ə qədər futbolçunun klubdan ayrılma ehtimalını nəzərdən keçirir. Bu mövsümün sonunda “Barselona”nı tərk edə biləcək oyunçular arasında Neto, Samuel Umtiti, Cunior Firpo, Miralem Pyaniç, Mateus Fernandes, Martin Braytvayt, Filippe Koutinyo və başqaları var.

Klub ​​bu cür addımla maaşlara əhəmiyyətli dərəcədə qənaət etməyi və oyunçuları yaxşı qiymətə satmağı düşünür. Kataloniya təmsilçisi yeni qurulacaq heyətlə gələn mövsüm kuboklar üçün mübarizə apara biləcəyinə inanır.

Qeyd edək ki, “Barselona” İspaniya çempionatında hazırda 3-cü pillədə yer alıb. Komanda lider “Atletiko”dan 4 xal geri qalır.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …