Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Bakının mərkəzində hərəkət məhdudlaşdırılır, “Qarabağ”ın azarkeşləri evə necə gedəcək?

Bakının mərkəzində hərəkət məhdudlaşdırılır, “Qarabağ”ın azarkeşləri evə necə gedəcək?

Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko Madrid” qarşılaşması həmin vaxtda bitdiyindən, bu xəbərdarlıq azarkeşlər arasında narahatlığa səbəb olub. Saat 22:00-da stadionu tərk edən on minlərlə tamaşaçının yolun təmiri ilə əlaqədar problemlə üzləşəcəyini düşünürlər.

Məsələyə aydınlıq gətirmək üçün “Azəravtoyol” ASC ilə əlaqə saxladıq. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org-a həmin vaxt yolda hər hansı məhdudiyyət olmayacağını bildirdi: “Biz elanı saat 22:00 üçün vermişik. Amma həmişə təmir gedərkən, yolda məhdudiyyət yaranarkən avtomobillərin hərəkət intensivliyinə fikir veririk. Yəni, saat 22:00 deyiriksə, bu 00:00, hətta 01:00 ola bilər. Digər tərəfdən, həmin yol bağlanmayacaq, sadəcə, yolu rəngləyən maşın hissə-hissə yolu rəngləyəcək və həmin hissədə məhdudiyyət yaranacaq. Bu “Qarabağ”ın oyununu izləməyə gələn azarkeşlər üçün hər hansı problem yaratmayacaq”, – deyə ASC rəsmisi qeyd edib.

Xatırladaq ki, Bu gün Çempionlar Liqasında III turun oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” ikinci ev matçına çıxacaq. Təmsilçimiz turnir cədvəlindəki qonşusu “Atletiko”nu qəbul edəcək.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …