Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / İdman / Bakıdakı Dünya Kuboku ləğv edildi

Bakıdakı Dünya Kuboku ləğv edildi

Fevralın 13-14-də Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
Yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya – 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar qərar çıxarıb.
Qeyd edək ki, Bakıda İdman gimnastikası üzrə Dünya Kuboku (4 – 7 mart), Bədii gimnastika üzrə Dünya Kuboku (7 – 9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21 – 23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11 – 14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19 – 22 noyabr) keçirilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Çempionlar Liqasında komanda sayı artırılacaq – Rəsmi

UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib. “Report”un məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin …