Çərşənbə , İyun 19 2019
Ana səhifə / İdman / Bakıdakı azarkeşlər London derbisinə belə hazırlaşır – Fotolar+Video

Bakıdakı azarkeşlər London derbisinə belə hazırlaşır – Fotolar+Video

Bakıda keçiriləcək Avropa Liqası finalında iki nəhəng klubun üz-üzə gəlməsi azərbaycanlı fanatları da canlandırıb. 

“Qafqazinfo” xəbər verir ki, “Çelsi” və “Arsenal” kimi dünya şöhrətli komandaların ölkəmizdə kifayət qədər tərəfdarı var. 

Hətta London klublarının Bakıda rəsmi fan-klubları da fəaliyyət göstərir. Artıq onlar da matça ciddi şəkildə hazırlaşıblar. Oyuna sayılı günlərin qalması ən çox azarkeşlərin həyəcanını artırır. 

“Qafqazinfo” olaraq tərəfdarların qarşılaşmaya necə hazırlaşmasını öyrəndik. Həm “Çelsi”nin, həm də “Arsenal”a azarkeşlik edənlər matçın əhəmiyyətindən və sevimli komandalarını necə dəstəkləyəcəklərindən danışdılar. 

Onlar ən böyük arzularının tərəfdarı olduqları klub nümayəndələri ilə görüşmək və futbolçularla foto çəkdirmək olduğunu da gizlətməyiblər.

Həmçinin oxuyun

Qurban Qurbanov: “Bizim üçün tanış olmayan rəqib olacaq”

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov …