Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / İdman / Bakıda yelkənli qayıq yarışı keçirilib – FOTOLAR

Bakıda yelkənli qayıq yarışı keçirilib – FOTOLAR

Heydər Əliyevin 95-ci ildönümü münasibətilə yelkənli qayıq yarışı keçirilib.
Yarış Bakı Bulvarında keçirilib.

Bununla bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, bu il AXDG 160 illik yubileyini qeyd etməyə hazırlaşır və yubiley çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub: “İlk tədbir Heydər Əliyevin 95 illik yubileyinə həsr olundu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanın gəmi donanması genişlənməyə başlayıb, yeni gəmilər alınıb, Heydər Əliyevin bu sahədə milli kadrların yetişməsində də misilsiz xidmətləri olub. Ulu Öndərin gəmiçilikdə ali təhsilə ayırdığı diqqət sayəsində Azərbaycan Dövlət Dənizçilik Akademiyası təsis edilib. Biz də ilk yubiley tədbirimizi Heydər Əliyevin xatirəsinə həsr edərək onun xidmətlərinə mənəvi borcumuzu nümayiş etdiririk”.

M.Mehdiydev qeyd edib ki, tədbir AXDG və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə “Baku Sailing Regatta 2018” – yelkənli qayıqların yarışı keçirilir. Ümumilikdə 31 yelkənçinin iştirak edəcəyi reqatada idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə yarışacaqlar.

M.Mehdiyev deyib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2016-2020-ci illərdə Azərbaycanda Gəmiçiliyin inkişafına dair Dövlət Proqramında cəmiyyət arasında dənizçilik peşəsinin təbliği ilə bağlı işlər görülməsi nəzərdə tutulub. Yarış çərçivəsində 160 illik tarix ərzində istifadə olunan müxtəlif təyinatlı gəmilərin eksponatları, dənizçi peşəsinə aid əşyalar, geyimlər, gəmidə istifadə olunan alətlər və cihazlar nümayiş edilir.

Qeyd edək ki, yarışın qalibləri yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdirilib. I, II və III yerlərin qalibləri mükafatlandırılıb.

















Həmçinin oxuyun

“ Özümüzdən razı olmaq üçün əsasımız yoxdur” – Yurçeviç

“Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid …