Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Bakıda “Qalatasaray” üçün möhtəşəm sürpriz (VİDEO)

Bakıda “Qalatasaray” üçün möhtəşəm sürpriz (VİDEO)

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmaq üçün Bakıya gələn Türkiyənin “Qalatasaray” komandası paytaxtda maraqlı mənzərə ilə qarşılaşıb. 
BAKU.WS xəbər verir ki, qarşılama görüntüləri “Qalatasaray”ın rəsmi “İnstagram” və “Facebook”dakı fan səhifələrində paylaşılıb. Video “Can Azərbaycanda qardaşlarımız komandamızı aslanlar kimi qarşıladı!” şərhi ilə yerləşdirilib. 
Klub üzvlərinin yolunun üstündə olan paytaxtdakı körpülərdən birinin üzərində “Xoş gəldin, könüllərin əfəndisi” yazılan plakat açılıb. Klub möhtəşəm qarşılanma mərasimi üçün “Qalatasaray” tərəfdarlarına təşəkkür edib. Videonu 120 minə yaxın insan bəyənib. 
Qeyd edək ki, saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə “Qalatasaray”ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək. 

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …