Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Bakıda London derbisi olacaq – Yenilənib

Bakıda London derbisi olacaq – Yenilənib

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, “Arsenal” ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi “Valensiya”nın qonağı olacaq. “Çelsi” səfərdə 1:1 hesablı-heçə etdiyi “Ayntraxt”ı qəbul edəcək. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

9 may Avropa Liqası Yarımfinal, cavab oyunları 23:00.

“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 1:3 23:00.

“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)

İlk oyun – 1:1

***

Kevin Qameyro 11-ci dəqiqədə hesabı açır. “Valensiya” – “Arsenal” 1:0. 

***

17-ci dəqiqədə Obameyanq hesabı bərabərləşdirir. “Valensiya” – “Arsenal” 1:1

***

28-ci dəqiqədə “Çelsi” “Ayntraxt”la matçda hesabı açır. Loftus- Çik fərqlənir.

***

Hər iki oyunda fasilə oldu. 

***

İkinci hissə başladı.

***

50-ci dəqiqədə “Arsenal” 2-ci qolu vurur. Lyakazat fərqlənir.

***

Yoviç 49-cu dəqiqədə “Ayntraxt”ın bərabərlik qolunu vurur.

***

Kevin Qameyro 58-ci dəqiqədə hesabı bərabərləşdirir. “Valensiya” – “Arsenal” 2:2

***

Obameyanq 69-cu dəqiqədə hesabı 3:2 edir. “Arsenal” önə keçir.

***

“Arsenal”dan 4-cü qol. Obameyanq 89-cu dəqiqədə hesabı 4:2 edir.

***

“Valensiya” – “Arsenal” matçı başa çatdı.

***

“Çelsi” – “Ayntraxt” oyununda əlavə vaxt

***

“Çelsi” penaltilərdə “Ayntraxt”a qalib gələrək Bakıdakı finalda mübarizə aparacaq ikinci komanda olub. Mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” – “Çelsi” finalı olacaq. 

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …