Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək” – UEFA prezidenti

“Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək” – UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Azərbaycanda futbolun inkişafı ilə bağlı 2016-cı ildə Bakıda keçirdiyimiz görüşü məmnunluq hissi ilə xatırlayıram.

İcazə verin, ötən müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və valehedici ölkənizin milyonlarla futbol azarkeşinə verdiyiniz dəstək üçün Sizə bir daha təşəkkürümü bildirim. Prezidentliyinizin yeni dönəmində Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək – UEFA Avropa Liqası 2019-un final oyunu və Avro-2020-nin oyunları. Əminəm ki, Sizin dəstəyiniz və AFFA-nın diqqətəlayiq səyləri sayəsində hər iki vacib yarış birmənalı şəkildə uğurla keçiriləcək. Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …