Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Bakıda bəxtimiz gətirdi, bu dəfə isə yox” – Vladislav Kulaç

“Bakıda bəxtimiz gətirdi, bu dəfə isə yox” – Vladislav Kulaç

“Qələbə istəyimiz böyük idi. Oyunun bizim üçün vacibliyini dərk edirdik. Ancaq erkən buraxılan qol nəticəyə təsir etdi”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Vorskla”nın futbolçusu Vladislav Kulaç Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra deyib.

Ukraynalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında məğlubiyyətin səbəbini izah edib:“Biz topa nəzarət etmək, müdafiədən hücuma ötürmələrlə çıxmaq istəyirdik. Amma keyfiyyətli irəliləyiş olmadı. Sonra isə uzun ötürmələrlə rəqibin müdafiəsini yarmağa çalışdıq. Düşünmürəm ki, rəqibin imkanları çox oldu. Onlar əsasən standart vəziyyətlərdən nə isə etmək istəyirdi. Bizim də belə vəziyyətlərdə bir neçə imkanımız oldu”.

Kulaç Bakıdakı görüşlə müqayisədə bu matçın daha çətin olduğunu qeyd edib: “Fikrimcə, heç-heçəlik oyun idi. Buraxılan qol, xüsusilə də bunu özün yaradırsansa, psixoloji təsir edir. Bakıda “Qarabağ” bir az fərqli oynayırdı. Onlar bizim meydanda daha çox açılmağımızı istəyir, biz isə mövqeyimizi saxlayırdıq. Burda isə onlar Ukraynadakı əksər klublar kimi oynadı. Taktiki cəhətdən bu oyun daha çətin idi. Çünki səfərdə biz hesabı açanda rəqib irəli atılmışdı və əks-hücumlar üçün önümüzdə sahə açılmışdı. Burda isə əksi oldu. Bakıda bəxtimiz gətirdi, bu dəfə isə yox. Amma ruhdan düşmürük. Əminəm ki, “Şaxtyor”la çempionat oyunundan sonrakı fasilə xeyrimizə olacaq. “Arsenal”la matça yaxşı hazırlaşacağıq. Bilirik ki, anşlaq olacaq. Əlimizdən gələni edib, futbol oynamağa çalışacağıq”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …