Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Bəhram Bağırzadənin yerinə Zabit Səmədov – UEFA-dan “Qarabağ” düzəlişi

Bəhram Bağırzadənin yerinə Zabit Səmədov – UEFA-dan “Qarabağ” düzəlişi

UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısında dəyişiklik edib.

Qol.az-ın xəbərinə görə, qitənin ali futbol qurumunun saytı əvvəlcə “Qarabağ”ın azarkeşi kimi təqdim etdiyi Bəhram Bağırzadəni siyahıdan çıxarıb, onun yerinə isə kikboks üzrə dünya çempionu Zabit Səmədovun adını daxil edib.

Qeyd edək ki, “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan B.Bağırzadənin adının bu siyahıda yer alması ölkəmizdə birmənalı qarşılanmamışdı. Səhvini tez anlayan UEFA məşhur aktyorun adını siyahıdan çıxarmışdı. Ümumiyyətlə həmin məqalədə “Qarabağ”la bağlı abzas da yığışdırılmışdı.

Az əvvəl isə yazıda “Qarabağ”la bağlı hissə bərpa edilib və komandanın azarkeşi kimi Zabit Səmədovun adı göstərilib.

“Zabit Səmədov “Qarabağ”ın azarkeşlərindəndir. O, qrup oyunlarından əvvəl özünün İnstagram səhifəsində “Qarabağ”ı dəstəkləyən mesajlar paylaşır” – deyə UEFA-nın yazısında bildirilib.

Zabit Səmədov, “Qarabağ” – “Qəbələ” oyununda (09.04.2017)

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …