Sosial şəbəkədə biz:
Aziz Yıldırım səkkiz illik fasilədən sonra yenidən “Fənərbağça”nın prezidenti seçildi
Xəbər Şəkli

Aziz Yıldırım səkkiz illik fasilədən sonra yenidən “Fənərbağça”nın prezidenti seçildi

08 June 2026, 07:51
İdman

"Fənərbağça" klubunda keçirilən növbədənkənar ümumi seçkinin qeyri-rəsmi nəticələrinə əsasən klubun yeni prezidenti Aziz Yıldırım olub.

Sandıqların böyük hissəsi açıldıqdan sonra Yıldırım rəqibi Hakan Safini qabaqlayaraq seçkidə qələbə qazanıb.

Məlumata görə, 28 sandığın nəticələrinə əsasən, Aziz Yıldırım 9 625 səs, Hakan Safi isə 5 607 səs toplayıb. Toyuqlu pizza

Bu nəticə ilə Yıldırım 8 illik fasilədən sonra yenidən "Fənərbağça" prezidenti postuna qayıdır.

Qeyd edək ki, Hakan Safi məğlubiyyəti qəbul edərək, Azizi Yıldırımı təbrik edib və klub üçün çalışacağını bildirib./Oxu.az