Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Üçüncü yarış günündə o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.
Görüş boyunca üstün olan təmsilçimiz 5:1 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda dördüncü medalını qazanıb. pizza mizza
Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabı ilə qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə 2:4 hesabı ilə məğlub olaraq dünya çempionatını 5-ci yerdə başa vurub.
Beləliklə, millimizin cari mundialda qazandığı medalların sayı dördə çatıb.