Sosial şəbəkədə biz:
Azərbaycanı Avropa Kubokunda 10 bədii gimnast təmsil edəcək
Xəbər Şəkli

Azərbaycanı Avropa Kubokunda 10 bədii gimnast təmsil edəcək

22 April 2026, 16:31
İdman

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda çıxış edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda milli komandanın 10 idmançısı bacarığını nümayiş etdirəcək.

Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, aprelin 30-dan mayın 3-dək davam edəcək Avropa Kubokunda 31 ölkədən ümumilikdə 194 idmançı qüvvəsini sınayacaq.