Sosial şəbəkədə biz:
Azərbaycanda Dünya kuboku yarışları başlayır
Xəbər Şəkli

Azərbaycanda Dünya kuboku yarışları başlayır

21 February 2026, 11:36
İdman

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut və tamblinq üzrə Dünya Kuboku yarışlarına start verilir.

Yarışda Azərbaycan, Qazaxıstan, Polşa, Türkiyə və ABŞ-dan olan idmançılarla yanaşı, Rusiya və Belarusdan olan neytral gimnastlar da iştirak edəcəklər.

Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə və Mixail Malkin tamblinq yarışlarında Azərbaycanı təmsil edəcəklər.


Batut üzrə fərdi yarışda Selcan Maxsudova, Şəfiqə Hümbətova, Ayan Şabanova, Maqsud Maxsudov, Fərhad Vəliyev, Nicat Mirzəyev və Hüseyn Abbasov mübarizə aparacaqlar.
Qadınlar arasında Şəfiqə Hümbətova - Selcan Maxsudova sinxron dueti, kişilərin yarışında isə Azərbaycan iki cütü təmsil edəcək: Hüseyn Abbasov - Maqsud Maxsudov, Nicat Mirzəyev - Fərhad Vəliyev.

Qarışıq yarışlarda Maqsud Maxsudov - Selcan Maxsudova, İbrahim Mustafazadə - Ayan Şabanova duetləri iştirak edəcək.

Sıralama mərhələləri bu gün, final mərhələsi isə sabah keçiriləcək. Yeddi dəst medal sahibləri müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət tamblinq komandası son iki Dünya Çempionatında və ən son Avropa Çempionatında qalib gəlib. Fərdi yarışlarda Mixail Malkin həm Dünya, həm də Avropa Çempionatının qalibi olub, Tofiq Əliyev isə Avro 2024-ün gümüş medalçısıdır. Tofiq həmçinin dünyada üçqat twist ilə üçqat salto yerinə yetirən ilk idmançı olması ilə də məşhurdur.

Batutda tullanmada isə Maqsud Maxsudov və Selcan Maxsudovadan ibarət qarışıq duet 2025-ci il Dünya Çempionatında bürünc medal qazandı. Paris Olimpiya Oyunlarının iştirakçısı olan Selcan fərdi Dünya Çempionatında beşinci yeri tutub.
AzVision.az