Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Azerbaycanda daha bir ictimai birlik qeydiyyatdan kecdi

Azerbaycanda daha bir ictimai birlik qeydiyyatdan kecdi

Bu barədə İctimai Birliyin təsisçisi və sədri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlı öz fb səhifəsində yazıb.
“Olimpiya” Boks İdman Klubu İctimai Birliyi 16 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində (№1118-Q62-3558) qeydiyyatdan keçmiş və fəaliyyətə başlamışdır. İctimai Birliyin təsisçisi və sədri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlıdır. “Olimpiya” Boks İdman Klubu İctimai Birliyi fəaliyyəti Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və idman haqqında” Qanuna, Mülki Məcəlləsinə və digər qanunvericilik aktına uyğun olaraq yaradılmışdır.
Nizamnaməyə uyğun olaraq İctimai birliyin fəaliyyət sahəsinə beynəlxalq təşkilatlarla, Respublika federesiyaları, assosiyasiyaları və klubları ilə əlaqələr daxildir.
“Olimpiya” boks idman klubu İctimai birliyinin məqsədi bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, üzvlərin maraqları çərçivəsində onların asudə vaxtının səmərəli təşkili, sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaqdan və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakını təmin etməkdən ibarətdir.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …