Sosial şəbəkədə biz:
Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev beynəlxalq turnirdə mükafat qazandı
Xəbər Şəkli

Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev beynəlxalq turnirdə mükafat qazandı

27 February 2026, 08:36
İdman

Azərbaycanın daha bir sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində bürünc medal qazanıb.

Belə ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə qalib gələrək reytinq turnirində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl digər təmsilçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc mükafat əldə ediblər.