Sosial şəbəkədə biz:
Azərbaycan cüdoçuları Gürcüstanı 4:2 hesabı ilə məğlub etdi
Xəbər Şəkli

Azərbaycan cüdoçuları Gürcüstanı 4:2 hesabı ilə məğlub etdi

01 September 2025, 00:16
İdman

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb.

Yığma 1/8 final mərhələsində Gürcüstan komandası ilə üz-üzə gəlib.

Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.