Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini 3 medalla başa vurdu
Azərbaycanın cüdo millisi Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirini 3 medalla başa vurub.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Yarışın son günündə Gültac Məmmədəliyeva (52 kq) bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib. Dominos pizza
Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.