Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Azarkeşlər Bakıdakı finalın ən yaxşı futbolçusunu müəyyənləşdirib

Azarkeşlər Bakıdakı finalın ən yaxşı futbolçusunu müəyyənləşdirib

UEFA Avropa Liqasında 2018-2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu bəlli olub.

“Report” UEFA-nın rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər tərəfindən aparılan səsverməyə əsasən, Bakıda Avropa Liqasının qalibi olan İngiltərənin “Çelsi” komandasının futbolçusu Eden Azar bu ada layiq görülüb.

28 yaşlı hücumçu bu nominasiyada komanda yoldaşları Emerson Palmieri, Pedro Rodriges və Olivye Jirunu geridə qoyub. Belçikalı oyunçu “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdikləri görüşdə iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Eden Azar Bakıdakı finaldan sonra da oyunun ən yaxşı futbolçusu adına sahib olub.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …