Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Azad Rəhimov: “Əvvəllər ermənilərlə dil tapmaq daha asan idi”

Azad Rəhimov: “Əvvəllər ermənilərlə dil tapmaq daha asan idi”

Gənclər və idman naziri Azad Rəhimov BBC-yə müsahibəsində bildirib ki, Avropa Liqasının finalının təşkili Azərbaycan üçün əsl sınaqdır. O, “Arsenal” – “Çelsi” oyununa və Avro-2020 matçlarına hazırlıq barədə danışıb, həmçinin artıq hamını boğaza yığmış Genrix Mxitaryanla bağlı suallara cavab verib.

İdman idarəsinin rəhbəri UEFA prezidenti Aleksandr Çeferinin sözlərinə istinad edərək deyib ki, coğrafi mövqeyinə görə Azərbaycanda yaşayan azarkeşlər canlı futbolsuz qalmamalıdırlar.

“Mən UEFA rəhbəri ilə tamamilə razıyam, – A.Rəhimov deyir. – Bakıya uçmaq çox vaxt aparır, lakin biz azarkeşlərimizə bu fantastik oyunu görmək şansı bağışlamalı idik. Bu, UEFA və FİFA-nın futbolun bütün ölkələrdə populyarlaşdırılması üzrə strategiyasıdır, siyasətidir.

Aviabiletlərin qiyməti fanatlar üçün problem oldu. Bakıya qədər biletlərin qiyməti 900 funta çatırdı. Bu, azarkeşlər üçün həqiqətən də bahadır. Biz nə edə bilərik? Biz Avropanın bu tayındayıq. Biz Bakının yerini harasa mərkəzə tərəf dəyişdirə bilmərik”.

Nazir hesab edir ki, Avropa Liqasının finalına hazırlıq Azərbaycan üçün Avro-2020 ərəfəsində böyük təcrübə oldu, belə ki, Avropa çempionatının final mərhələsinin dörd oyunu Bakıda keçiriləcək.

“Siz təsəvvür belə edə bilməzsiniz ki, hər şeyin yüksək səviyyədə olması üçün Azərbaycan hökuməti hansı səyləri göstərir. Biz hətta azarkeşin sərhədi və gömrüyü keçməsi üçün hava limanında nə qədər vaxt sərf edəcəyini də hesablamışıq.

Bu, əsl sınaqdır. Bu, bizim üçün yaxşı təcrübə və praktikadır. Biz hər şey etmişik ki, nəqliyyat sistemi çox sadə olsun və otellər də fanatlar üçün hazırdır”.

Azərbaycan tərəfindən hər cür təminat verilmiş, lakin Bakıya gəlməkdən imtina etmiş Mxitaryan haqqında sualları cavablandırarkən Azad Rəhimov bildirib:

“Ermənistanlı idmançılar Bakıda 2015-ci ilin Avropa Oyunlarında və digər idman tədbirlərində iştirak ediblər. Buna görə də, mən bu insanın gəlməkdən imtina etməsini anlamıram. Ola bilsin ki, ona qonşularınız tərəfindən hansısa təzyiqlər olub.

Mən doğrudan da, anlamıram ki, vəziyyət niyə dəyişib. Əvvəllər çox sadə idi. Biz Ermənistanla razılığa gəlmişik ki, istənilən idmançı idman nazirinin məktubundan sonra təhlükəsizlik təminatı alır. Biz bu məktublarla mübadilə edirdik və hər şey çox rəvan idi. Lakin indi bilmirəm ki, nə dəyişib. Bəlkə bu, Ermənistanın yeni hökumətinin işidir, ya da sadəcə olaraq, insanın və onun ailəsinin qərarıdır. İstənilən halda, təminatla bağlı problem yoxdur”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …