Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Azərbaycanlı FİFA referisi Konfrans Liqasına təyinat aldı

Azərbaycanlı FİFA referisi Konfrans Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Konfrans Liqasına təyinat alıb.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avstriyada baş tutacaq “Rapid” (Avstriya) – “Lexiya” (Polşa) arasında Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …