Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Azərbaycanın tannmış futbol məşqçisi öldü

Azərbaycanın tannmış futbol məşqçisi öldü

“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. Apasport.az saytının məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib.

Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.

Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib. Məlumatı təsdiqləyən oğlu Yusif Hacıyev atasının yarım saat əvvəl keçindiyini bildirib: “Atam xəstəxanada dünyasını dəyişdi. Keşlə qəbiristanlığında dəfn olunacaq. Yəqin ki, bu gün dəfn edəcəyik”.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …