Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu – FOTO

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu – FOTO

Azərbaycanın iki gənc güləşçisi Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında 1-ci yeri tutublar.

Belə ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov finalda Rusiya idmançısı ilə qarşılaşıb. Hesab 1:1 olarkən idmançımız sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

79 kiloqram çəki dərəcəsində yarışan Abubakr Abakarov da finalda Rusiya güləşçisini udaraq, Avropa çempionatının qalibi olub

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …