Ana səhifə / İdman / Azərbaycanın güləş yığmasında koronavirusa kütləvi yoluxma

Azərbaycanın güləş yığmasında koronavirusa kütləvi yoluxma

Azərbaycan Güləş Federasiyasında (AGF) ölkənin sərbəst güləş komandasında koronavirusa kütləvi yoluxma barədə yayılan məlumatları virtualaz.org-a şərh ediblər.

Federasiyanın mətbuat xidməti sərbəst güləş üzrə Azərbaycan yığmasının bir neçə üzvünün testinin müsbət nəticə verdiyini və onların özlərini təcrid etdiklərini təsdiqləyib. Eyni zamanda, AGF iddia edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq məşqlərdə yalnız əsas millinin güləşçiləri iştirak ediblər. Lakin, əldə etdiyimiz məlumata görə, bu açıqlama həqiqəti əks etdirmir – böyüklər yığmasının üzvləri ilə birlikdə məşqlərdə yeniyetmə və gənclər də iştirak ediblər ki, bu da pandemiya dövründə Azərbaycanda qəti qadağandır.

Bunu başa düşmək üçün bu ilin oktyabr ayında çəkilən yuxarıdakı fotoya baxmaq kifayətdir. Zalda eyni vaxtda 100-dən çox adam var və hamısının sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycanın böyüklərdən ibarət yığma komandalarının üzvləri olduğunu söyləmək ən azından sadəlövhlük olardı.

Federasiyadan bildirilib ki, ehtiyat tədbirlərinə baxmayaraq, koronavirus  Olimpiya Güləş Mərkəzinin zalına keçib: “Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur”. Virtualaz.org

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …