Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
Qaynarinfo xəbər verir ki, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb.
Bununla da qadınlardan ibarət Azərbaycan millisi 27 ildən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub.
Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.
Avropa çempionatıIX tur
KişilərSloveniya – Azərbaycan 1:3Luka Leniç – Arkadi Naydiç 0,5:0,5Matey Sebenik – Rauf Məmmədov 0:1Yure Skoberne – Qədir Hüseynov 0:1Yan Sudel – Eltac Səfərli 0,5:0,5
Azərbaycan – Ermənistan 2,5:1,5Günay Məmmədzadə – Lilit Mkrtçyan 1:0Xanım Balacayeva – Elina Danielyan 0,5:0,5Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan 0,5:0,5Gülnar Məmmədova – Anna Sarqsyan 0,5:0,5
Qeyd edək Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə – 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb.
Həmçinin oxuyun
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …