Ana səhifə / İdman / Azərbaycanın daha 3 idmançısı cəzalandırılıb – Dopinqə görə

Azərbaycanın daha 3 idmançısı cəzalandırılıb – Dopinqə görə

Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.


Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Mia.az-a verilən məlumata görə, güləşçilər –  Cəlal Süleymanov, Umar İsrailov və velosipedçi Qadir Mustafayevdən alınmış nümunələrdədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib:
“Süleymanov əlavə olaraq, diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə sanksiya ilə üzləşib. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq – 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.
İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və o, 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 28 mart 2018-ci ildən hesablanmağa başlanıb.
Mustafayevin də cəzası 48 aydır. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan velosipedçinin cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …