Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Azərbaycanda transfer bombası: “Real” və PSJ-nin sabiq ulduzu gəlir

Azərbaycanda transfer bombası: “Real” və PSJ-nin sabiq ulduzu gəlir

“Real”ın və PSJ-nin keçmiş futbolçusu Xese Rodriges karyerasını Azərbaycanda davam etdirə bilər.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Super Liqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese Rodriges “Real”ın yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …