Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Azərbaycanda baş məşqçinin yeni transferdən xəbəri olmayıb

Azərbaycanda baş məşqçinin yeni transferdən xəbəri olmayıb

Nicat Qurbanov “Samtrediya”dan rəsmən ayrılıb.

Bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb.

Qonşu ölkə təmsilçisi Nicata xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qurbanov 2019-cu ildən “Samtrediya”da çıxış edirdi. Maraqlıdır ki, “Samtrediya”nın mətbuat xidməti Nicatın yeni klubunun da adını açıqlayıb. Gürcülər Qurbanovun karyerasını “Keşlə”də davam etdirəcəyini bildiriblər.

Bu, doğru məlumatdır. Vaxtilə «Qəbələ», «Neftçi», «Simurq», «Zirə», «Kəpəz», «Sumqayıt» kimi bir çox klubun formasını geyinmiş yarımmüdafiəçi paytaxt təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Sportinfo yazır ki, Yunis Hüseynovun son transferdən öncədən xəbəri olmayıb. Yəni ki, Nicatın gəlişi üçün baş məşqçinin razılığı alınmayıb. Rəsmilər yalnız «əməliyyat»ı bitirəndən sonra onu bu barədə məlumatlandırıblar.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …