Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Azərbaycan yığması Avropa kubokunda birinci yeri tutdu

Azərbaycan yığması Avropa kubokunda birinci yeri tutdu

Cüdo üzrə Azərbaycan millisi Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda ümumi hesabda çempion olub.

Belə ki, 25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçu ilə təmsil olunan yığma 4 qızıl və 1 bürünc medal qazanıb.

Bununla da Azərbaycan medal əyarına görə, komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, millinin heyətində İsmayıl İbrahimov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev (81 kq) və İmran Yusifov (+100 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …