Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub

Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması 127 xalla dünyanın 26-cı komandasıdır. 
Millimizin iki həftə əvvəl açıqlanan son cədvəldəki mövqeyi dəyişməz qalıb. Yığmamız 25-ci sıradakı Xorvatiyadan 4 xal geri qalır. Voleybolçularımız 27-ci olan Meksikanı 1 xal qabaqlayır. 
Siyahının ilk üç pilləsində isə Çin (391), ABŞ (382) və Braziliya (328) qərarlaşıb. 
Kişilərdən ibarət Azərbaycan millisinin də mövqeyi toxunulmaz qalıb. Yığmamız 101 xalla 58-ci sırada yer alıb. Voleybolçularımız 57-ci olan İsraildən 4 xal geri qalır, 59-cu pillədəki Pakistanı 1 xal qabaqlayır. Cədvəlin ilk 3 pilləsində Braziliya (427), Polşa (384) və ABŞ (365) möhkəmlənib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …