Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Azərbaycan Tokio Paralimpiya Oyunlarında ilk medalını qazandı

Azərbaycan Tokio Paralimpiya Oyunlarında ilk medalını qazandı

Azərbaycan Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (-49 kq) 156 kq ağırlıq qaldıraraq, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

“Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı”, – deyə Pərvin Məmmədov bildirib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …