Ana səhifə / İdman / Azərbaycan taekvondoçusu Qran-prinin qalibi olub

Azərbaycan taekvondoçusu Qran-prinin qalibi olub

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.

APA-nın məlumatına görə, G4 kateqoriyalı yarışın son günü 80 kq çəki dərəcəsində mübarizəyə qoşulan Olimpiya mükafatçısı bütün rəqiblərinə qalib gəlib.

İkiqat dünya çempionu fransalı İsmail Souhil, ispaniyalı Daniel Barrera və italiyalı Simon Allesionu yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetlə döyüşdən də qalib ayrılan Milad həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da məğlub edib.

O, bununla aktivinə 40 reytinq xalı da yazdırıb.

Beləliklə, 8 taekvondoçu ilə Qran-priyə qatılan Azərbaycan millisi turniri 2 medalla başa vurub. M. Harçeqanidən öncə Olimpiya çempionu Radik İsayev 3-cü yeri tutub.

Qeyd edək ki, Qran-prinin növbəti mərhələsi oktyabrın 18-20-də Bolqar

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …