Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Azərbaycan-Slovakiya oyununun hakimləri bilindi

Azərbaycan-Slovakiya oyununun hakimləri bilindi

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcək oyunun hakimləri açıqlanıb.

Azinforum.az AFFA-ya istinadən xəbər verir ki, matç şimali makedoniyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Deyan Yakimovski olacaq. Ona Nikola Karakolev və Kuştrim Lika kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək. 

Azərbaycan-Slovakiya oyunu sentyabrın 6-da saat 20:30-da “Dalğa Arena”da start götürəcək. 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …