Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycan millisinin sabiq güləşçisi 1 milyon dollar uğrunda mübarizə aparacaq

Azərbaycan millisinin sabiq güləşçisi 1 milyon dollar uğrunda mübarizə aparacaq

Azərbaycan milli komandasının sabiq sərbəst güləşçisi Əli İsayev 1 milyon dollar qazana bilər.

“Report” xəbər verir ki, hazırda qarışıq döyüş sənətləri (MMA) üzrə yarışlara qatılan 35 yaşlı idmançı bunun üçün Peşəkar Döyüşçülər Liqasının (PFL) oktyabrın 31-də ABŞ-ın Las-Veqas şəhərində təşkil edəcəyi turnirin qalibi olmalıdır.

Rusiya bayrağı altında ağır çəkidə mübarizə aparan İsayev final mərhələsinə vəsiqə qazanan “səkkizlik”də yer alıb. O, ilk görüşünü 1/4 finalda ABŞ idmançısı Kelvin Tillerə qarşı keçirəcək. Veteran güləşçi yarımfinala çıxsa, Denis Qoltsov (Rusiya) – Satoşi İşiy (Yaponiya) cütünün qalibi ilə döyüşəcək.

Qeyd edək ki, İsayev 2009-cu ildə Azərbaycan millisinin heyətində Avropa çempionu olub. 120 kq çəki dərəcəsində yarışan Dağıstan əsilli idmançı Pekin-2008 Yay Olimpiya Oyunlarında uğursuz çıxış edib. O, PFL bayrağı altında çıxdığı 4 görüşün hamısında qalib gəlib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …