Ana səhifə / İdman / Azərbaycan millisinin futbolçusu Kipr klubuna qələbə qazandırdı – VİDEO

Azərbaycan millisinin futbolçusu Kipr klubuna qələbə qazandırdı – VİDEO

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Kiprin “Anortosis” klubunun heyətində növbəti qolunu vurub.

Hücumçumuz çempionatın XV turunda “Alki” ilə ev oyununda fərqlənib. Start heyətində meydana çıxan A.Abdullayev ikinsi hissəyə əlavə edilən vaxtda-91-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bu qol sayəsində “Anortosis” 2:1 hesablı əzmkar qələbə qazanaraq, 33 xalla yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, bu, Araz Abdullayevin “Anortosis”in heyətində ikinci qolu olub.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …