Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Azərbaycan millisindəki işimi davam etdirəcəyəm” – Canni De Byazi

“Azərbaycan millisindəki işimi davam etdirəcəyəm” – Canni De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmadakı işini davam etdirəcək.

Bu barədə italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.

O, çətinliklərin olduğunu etiraf etsə də, Millətlər Liqasının sonunadək vəzifəsində qalacağını vurğulayıb.

66 yaşlı baş məşqçi İtaliya millisinin dünya çempionatından kənarda qalmasına da toxunub: “Bu, futbolun bir parçasıdır. Toylara getmək yaxşıdır, heç dəfn mərasimində iştirak etmək pis? Ötən ilin iyulunda qəhrəman olan Roberto Mançini bu gün axmaqdır? Avropa çempionluğunu qazananda hamı onu tərifləyirdi. Mançini hiss etdiyi şeyi etdi”./Report

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …