Ana səhifə / İdman / Azərbaycan millisinə 23 futbolçu çağırıldı – SİYAHI

Azərbaycan millisinə 23 futbolçu çağırıldı – SİYAHI

AVRO-2020-nin seçmə mərhələsndə Uels və Xorvatiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Baş məşqçi Nikola Yurçeviç Azərbaycan yığmasına 23 futbolçunu dəvət edib. 

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 

Müdafiəçilər: Maksim Medvedev, Rahil Məmmədov (hər ikisi “Qarabağ”), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi “Sabah”) 

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Dmitri Nazarov (“Aue”, Almaniya), Cavid Hüseynov (“Zirə”), Rəşad Eyyubov (“Sabah”) 

Hücumçular: Ramil Şeydayev (“Dinamo”, Rusiya), Mahir Emreli (“Qarabağ”), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Renat Dadaşov (“Pakuş de Fereyra”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”). 

Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Uels, ayın 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq. 

Azvision.az 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …