Ana səhifə / İdman / Azərbaycan millisi yenə böyük hesabla uduzdu

Azərbaycan millisi yenə böyük hesabla uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Pravda.az-ın məlumatına görə, Elxan Abdullayevin yetirmələri AVRO-2022-nin seçmə mərhələsində ikinci sınağına çıxıb.


VIII qrupda mübarizə aparan yığmamız İspaniya ilə qarşılaşıb. İlk turda Belçikaya 1:5 hesabı ilə uduzan milli bu dəfə də xala həsrət qalıb.

Yığmamız yalnız birinci hissənin yarısınadək rəqiblərin hücumları qarşısında tab gətirib. Bundan sonra hesabı açan pireneylilərin fasiləyədək fərqi iki topa çatdırıblar. İkinci hissədə daha 4 qol vuran İspaniya 6:0 hesabı ilə qalib gəlib. Millimiz ardıcıl ikinci böyükhesablı məğlubiyyətlə barışmalı olub.

Bununla da yığmalarımızın uğursuz noyabr günləri davam edib. Dörd gün ərzində bütün millilərimiz ən azı 3 qol buraxmaqla uduzub. Ayın 10-da U-19 Belçikaya 1:5, ertəsi gün əsas yığma Lüksemburqa 1:3, dünən U-21 Avstriyaya 0:3 hesabı ilə uduzmuşdu ki, ənənə yenə U-19-la davam etdi.

Qeyd edək ki, komandamız noyabrın 16-da keçiriləcək son turda Lüksemburqla qarşılaşacaq.

AVRO-2022-nin seçmə mərhələsi
VIII qrup, II tur
13 noyabr
21:00. İspaniya – Azərbaycan – 6:0
Qollar: Pablo Torre, 23, 69, Niko Serrano, 35, Arnau Martines, 71, Migel Rodriges, 76, Alberto Moleyro, 90+3

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …