Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Azərbaycan millisi Qazaxıstanda böyük hesabla məğlubiyyətə uğradı

Azərbaycan millisi Qazaxıstanda böyük hesabla məğlubiyyətə uğradı

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Yığma səfərdə Qazaxıstanla üz-üzə gəlib. 

“Astana Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Roman Murtazayev 12-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Serikjan Mujikov fərqi iki topa çatdırıb. Baxtiyor Zaynutdinov 90-cı dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 9-u növbəti yoxlama matçında səfərdə Latviya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …