Ana səhifə / İdman / Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümü start veriləcək.

“Report”un məlumatına görə, 1/8 final mərhələsində 4 matç baş tutacaq.

Qarşılaşmalar iki günü əhatə edəcək. İlk oyun günündə “Səbail” I Divizion təmsilçisi “Zaqatala”nı qəbul edəcək. Komandalar ilk dəfə ölkə kubokunda üz-üzə gəlir.

“Səbail” Premyer Liqada 13 oyundan sonra 13 xalla 6-8-ci pillələri bölüşdürür. “Zaqatal” isə I Divizionda 11 matçda 19 xal toplaya bilib və hazırda 4-5-ci sıraları bölüşdürür. 1/8 final mərhələsi bir oyundan ibarət olduğu üçün qələbə qazanan komanda 1/4 finalda “Sumqayıt”a rəqib olacaq.

Azərbaycan Kuboku, 1/8 final

24 yanvar (bazar)

15:00. “Səbail” – “Zaqatala”

Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

ASCO Arena.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu yanvarın 25-də gerçəkləşəcək. “Turan Tovuz” “Qəbələ”ni, “Sabah” “Kəpəz”i, “Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edəcək.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …