Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu

Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Belə ki, 55 kq çəki dərəcəsində çıxış edən güləşçimiz finalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia ilə qarşılaşıb. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb – 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.

Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …