Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Azərbaycan güləşçisi ermənini məğlub etdi

Azərbaycan güləşçisi ermənini məğlub etdi

Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində Azərbaycan millisi 2 medal qazanıb.

Güləş Federasiyasından verilən məlumatına görə, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışda Cəbrayıl Hacıyev (70 kq) birinci, Sabir Cəfərov (65 kq) ikinci yeri tutub.

Hacıyev final görüşündə Rusiyanı təmsil edən erməni əsilli Arsen Balayana qalib gəlməklə, qızıl medala yiyələnib. Ev sahibi Danil Xarçilava ilə qarşılaşan Cəfərov isə 0:5 hesabı ilə uduzaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Beləliklə, 3 güləşçiylə xatirə turnirinə qatılan komandamız yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …