Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Azərbaycan güləşçilərinin də yarışdığı turnirdə kütləvi dava – VİDEO

Azərbaycan güləşçilərinin də yarışdığı turnirdə kütləvi dava – VİDEO

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş yarışında idmançı və məşqçilər heyətinin iştirakı ilə kütləvi dava olub.
Hadisə 79 kiloqram çəki dərəcəsində çıxış edən Ukrayna təmsilçisi Həsən Zəkəriyevlə gürcüstanlı güləşçi Zurab Erbotsanaşvili arasında baş verən görüş vaxtı olub.
Güləşçilər arasında başlayan idman etikasından kənar hərəkətlərə hər iki tərəfdən məşqçilər heyəti və digər şəxslər qatılıb.
Görüş yarımçıq saxlanılıb və hər iki idmançı yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, bu yarışda Azərbaycan güləşçiləri də iştirak edib. Sərbəst güləş millimiz bu yarışda 10 medal (dörd qızıl, bir gümüş və altı bürünc) qazanmaqla birinci olub. Sözügedən çəkidə millimizin dağıstanlı güləşçisi Əbubəkr Abakarov qızıl medal qazanıb.

(demokrat.az)

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …