Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Azərbaycan futbolunu yaxşı heç nə gözləmir” – Qurban Qurbanov

“Azərbaycan futbolunu yaxşı heç nə gözləmir” – Qurban Qurbanov

“Bugünkü reallıqda Azərbaycan futbolunu, futbolçularını yaxşı heç nə gözləmir.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, çatışmazlıqların və problemlərin çox olduğunu söyləyib:

“Komanda olaraq “Qarabağ” hansısa uğura imza atıb. Amma hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur. İldən-ilə də geriyə doğru addım atırıq. Mən bunu hiss edirəm. Hamımız akademiyaların, aşağı yaş qruplarının düzgün idarə olunmasını dildə deyirik. Elə bizim “Qarabağ”da aşağı yaş qrupu komandalarımız süni örtükdə məşq edirlər. Aşağı yaş qruplarını düzəltməsək, bizi yaxşı heç nə gözləmir. Düzgün hədəfə çatmaq üçün maliyyədən öndə gələn işlər də var ki, onları qaydasına salmalıyıq”.

50 yaşlı mütəxəssis qeyd edib ki, Azərbaycan futbolu Avropadan çox geridə qalıb: “Əgər Avropa 5 addım irəli gedirdisə, biz bir addım irəliləyirdik. İndi Avropa nə qədər irəli gedirsə, biz bir o qədər geriləyirik. Futbolumuzun inkişafı üçün böyük addımlar atmalı, iş prinsipimizi dəyişməliyik. Bu, bütün klublara və assosiasiyaya da aiddir”.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …