Azinforum.az Report-a istinadən xəbər verir ki, ukraynalı legioner finalda yerli idmançı Anastasiya Sapsayı yenib.

26 yaşlı cüdoçu bildirib ki, rəqiblərini təcrübəsi hesabına və onları yaxşı tanıdığı üçün məğlubiyyətə uğradıb: “Biz birgə böyümüş və məşq etmişik”.

Kişilər arasında mütləq çempion adını isə Yakov Xammo əldə edib. 50-dək cüdoçunun qatıldığı çempionatın ümumi mükafat fondu 15 min dollar olub.

İrina Kindzerskaya Azərbaycan vətəndaşlığını mayda qəbul edib. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerskaya “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında fərdi və komanda mübarizəsində gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.