Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Azərbaycan boksçusu erməni ilə qarşılaşacaq

Azərbaycan boksçusu erməni ilə qarşılaşacaq

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.

Birinci seansda Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Olimpiya mükafatçımız Lorenzo Sotomayor yarışda ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Sotomayor rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək. Azvision.az

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …